Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Demoqrafiya və məşğulluq problemləri şöbəsinin aparıcı elmi işçisi, i.f.d. Akifə Ağayarovanın “Azərbaycan Respublikasında əhalinin beynəlxalq miqrasiyası: əsas meyillər və problemlər” kitabı çapdan çıxıb.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunan nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, rəyçiləri i.e.d., dos. Yaşar Məmmədov və i.f.d. Sevda Seyidovadır.
Monoqrafiyada miqrasiya anlayışının mahiyyəti, məzmunu və miqrasiyaya dair nəzəriyyələr tədqiq edilmiş, Azərbaycanda miqrasiya sahəsində dövlət siyasəti və beynəlxalq əhali miqrasiyasının müasir vəziyyətinin təhlili, qiymətləndirilməsi aparılmışdır. Habelə tədqiqatda əhali miqrasiyasının dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətləri müəyyənləşdirilmişdir.
Monoqrafiya elmi işçilər, ali məktəb müəllimləri, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur (economics.org.az).





