Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d. İntizar Qurbanovaya "Dosent" elmi adı verilib.
Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə ona müvafiq diplom təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından əməkdaşımızı ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!




