AR ETN İqtisadiyyat İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə əyani və qiyabi doktorantura fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin hər il üçün təsdiq etdiyi qəbul planına əsasən İqtisadiyyat İnstitutu fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulu həyata keçirir. Doktoranturaya qəbul hər tədris ilində mətbuatda, İnstitutun saytında dərc olunan elana əsasən aşağıdakı ixtisaslar üzrə aparılır:
|
5301.01 |
Daxili fiskal siyasət və dövlət maliyyəsi |
|
5306.01 |
Texnoloji innovasiyalar iqtisadiyyatı |
|
5307.01 |
İqtisadi nəzəriyyə |
|
5308.01 |
Ümumi iqtisadiyyat |
|
5309.01 |
Sənayenin təşkili və dövlət siyasəti |
|
5310.01 |
Dünya iqtisadiyyatı |
|
5312.01 |
Sahə iqtisadiyyatı |
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanından keçid balını toplamalıdırlar. Xarici dil imtahanında keçid balını toplayan şəxslər Fəlsəfə fənnindən imtahana buraxılırlar. Fəlsəfə fənnindən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.
İnstitutun ixtisaslı mütəxəssislərinin, professor və dosent heyətinin elmi rəhbərliyi altında elmi dissertasiyalarının yazılması üçün qabaqcıl tədris metodikası sayəsində biliklərini zənginləşdirən doktorantlar İqtisadiyyat İnstitutunun kitabxanasından, şöbələrdə saxlanılan materiallardan yararlanırlar. Onlar aktiv şəkildə İnstitutun elmi yaradıcılıq fəaliyyətinə qoşulur, gənc alim və mütəxəssislərin mütəmadi olaraq keçirilən elmi seminar, elmi tədbirlər və konfranslarına qatılırlar.
Doktorant və dissertantların siyahısı





