ETN İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədov 1-12 dekabr 2025-ci il tarixlərində Avstriyada Vyana Müştərək İnstitutunda Beynəlxalq Valyuta Fondunun İxtisasartırma İnstitutunun təşkilatçılığı ilə keçirilən "İqlim dəyişikliyinin makroiqtisadiyyatı" mövzusunda beynəlxalq kursda iştirak etmişdir.
İki həftəlik kursda iqlim dəyişikliyinin təsirlərinin və iqtisadi xərclərinin elmi cəhətdən qiymətləndirilməsi məsələlərinə ümumi baxışlar təqdim edilmiş, uyğunlaşma və təsirlərin azaldılması üçün siyasət variantları müzakirə olunmuş, ekoloji-iqtisadi inkişaf modellərinə keçidin çətinlikləri və perspektivləri təhlil edilmişdir.
Kurs maraqlı və faydalı müzakirələr atmosferində keçmiş, dos. Nəsimi Əhmədov bu müzakirələrdə fəal iştirak etmiş və kursu müvəffəqiyyətlə bitirdiyinə görə ona beynəlxalq sertifikat təqdim edilmişdir.





