Dekabrın 25-də AMEA-nın İctimai Elmlər Bölməsində elmi müəssisələrin 2025-ci il üzrə illik hesabatlara həsr olunmuş ümumi yığıncaq keçirilib.
Akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə keçirilən iclasda bölmənin üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin direktorları, müavinləri, elmi katibləri, mühüm nəticələrin icraçıları, eləcə də AR ETN İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad elmləri doktoru Leyli Allahverdiyeva iştirak ediblər.
İclasda L.Allahverdiyeva İqtisadiyyat İnstitutunun 2025-ci ildə elmi-təşkilati fəaliyyəti, İnstitutun əməkdaşlıq etdiyi dövlət qurumları, yerli və xarici universitetlər, beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilmiş tədbirlər və görülmüş digər işlər, habelə əldə edilmiş mühüm elmi nəticələr barədə məlumat verib.
Sonda çıxış ətrafında müzakirələr aparılıb. AMEA-nın müxbir üzvləri Şahbaz Muradov və Könül Bünyadzadə hesabat haqqında çıxış edərək rəy və təkliflərini bildiriblər.





