Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İqtisadiyyat İnstitutunun iki əməkdaşına – şöbə müdiri, dosent Allahyar Muradova iqtisad elmləri doktoru, böyük elmi işçi Səbinə Əsədovaya isə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcələri verilib.
Dekabrın 30-da Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə onlara müvafiq diplomlar təqdim olunmuşdur.
Bu münasibətlə İqtisadiyyat İnstitutunun kollektivi adından əməkdaşlarımızı ürəkdən təbrik edir, gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!





