Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “Demoqrafiya və məşğulluq problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru İntizar Qurbanovanın “Azərbaycanda əmək bazarı və kadr hazırlığının sosial-iqtisadi aspektləri” adlı monoqrafiyası çap olunub.
İnstitutun Elmi Şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, rəyçiləri prof. Gülənbər Əzizova və dosent Jalə Əliyevadır.
Monoqrafiyada əmək bazarının məzmunu, məşğulluq, işsizlik, peşə-ixtisas kadr hazırlığının formalaşması məsələləri araşdırılmış, Azərbaycanda əmək bazarının mövcud vəziyyəti və kadr hazırlığı ilə bağlı göstəricilər təhlil olunmuşdur. Gənclər arasında məşğulluq məsələlərinə monoqrafiyada xüsusi yer verilmişdir. Kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğunlaşdırılması və məşğulluğun yaxşılaşdırılması baxımından prioritet istiqamətlər müəyyənləşdirilmiş, o cümlədən peşə təhsilindən optimal istifadə imkanları göstərilmişdir.
Monoqrafiya elm və təhsil işçiləri, doktorantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Kitabın elektron variantı:
“Azərbaycanda əmək bazarı və kadr hazırlığının sosial-iqtisadi aspektlər”





