Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Famil Vəli oğlu Rüstəmov Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru təyin olunub. 19 yanvar 2026-cı il tarixində bu vəzifəyə təyinat alan Famil Rüstəmov iqtisad üzrə fəlsəfə doktoru, dosentdir. O, İqtisadiyyat İnstitutunun yetirməsidir, uzun illər bu tədqiqat müəssisəsində müxtəlif elmi vəzifələrdə çalışıb. Son təyinata qədər İqtisadiyyat İnstitutunun "Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri vəzifəsində çalışıb.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının yanvarın 21-də keçirilən iclasında baş direktor, professor Nazim Müzəffərli dos. Famil Rüstəmovu yeni icraçı direktor kimi təqdim edib. Elmi Şuranın üzvləri bu təyinatı razılıqla qarşılayıblar, icraçı direktora uğurlar arzulayıblar. F.Rüstəmov ona göstərilən bu yüksək etimada görə təşəkkürünü bildirib.
İqtisadiyyat İnstitutunun kollektivi adından F.Rüstəmovu icraçı direktor vəzifəsinə təyin olunması münasibəti ilə təbrik edir, bu məsuliyyətli işində ona uğurlar arzulayırıq.





