Yanvarın 19-da Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib. Baş direktor, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə edilmişdir.
Prof. N.Müzəffərli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə İnstitutun şöbə müdiri, dosent Allahyar Muradovu iqtisad elmləri doktoru, böyük elmi işçi Səbinə Əsədovanı isə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcələrinin verilməsi münasibəti ilə təbrik edib, diplomlar təqdim olunub.
Sonra baş direktor Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə İqtisadiyyat İnstitutunun icraçı direktoru təyin olunmuş i.f.d., dosent Famil Rüstəmovu Elmi Şurada təqdim edib. Elmi Şuranın üzvləri bu təyinatı razılıqla qarşılayıblar, icraçı direktora uğurlar arzulayıblar.
Elmi Şurada 2026-2027-ci illərdə İqtisadiyyat İnstitutunun elmi tədqiqat mövzularının müəyyənləşdirilməsi üzrə geniş müzakirələr aparılıb. Elmi Şuraının qərarı ilə 2 illik dövrü əhatə edən “Azərbaycan Respublikası iqtisadiyyatının struktur transformasiyasının istiqamətləri” mövzusunda elmi tədqiqat işi təsdiq olunub.
İclasda İnstitutun Təhsil şöbəsinin müdiri, i.f.d. Ellada Xankişiyevanın təqdimatı əsasında doktorantların fərdi iş planları müzakirə edilərək təsdiq olunub.





