Yanvarın 27-də ETN İqtisadiyyat İnstitutunun “Monetar və fiskal tənzimləmə problemləri”, “İqtisadi siyasətin nəzəri əsasları” və “Xidmət sferasının iqtisadiyyatı” şöbələrinin birgə icası keçirilib.
İnstitutun doktorantI Xəzər Əkbər oğlu Aslanovun 5301.01 - “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı “Azərbaycan Respublikasında qeyri-formal iqtisadiyyatın büdcə gəlirlərinə təsirinin azaldılması yolları” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.
Professor Gülşən Yuzbaşıyevanın sədrliyi ilə, qaydalara uyğun olaraq baş tutan müzakirələrdən sonra dissertasiya işi növbəti – seminar mərhələsinə tövsiyə olunub.





