Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun əməkdaşlarının, iqtisad üzrə fəlsəfə doktorları – Mahir Zeynalov, Kamran Abdullayev və Gülnarə Fətəliyevanın (daha bir həmmüəllif İlqar Sadıqov – Bakı Dövlət Universiteti) elmi məqaləsi İtaliyanın Scopus elm bazasına daxil olan “Rivista di Studi sulla Sostenibilita" (“Davamlı inkişaf üzrə tədqiqatlar”) jurnalında (№2, 2025) çap edilib.
“The role of the Non-Oil Sector in Advancing Sustainable Economic Development in the Republic of Azerbaijan” (“Azərbaycan Respublikasında davamlı iqtisadi inkişafın təşviqində qeyri-neft sektorunun rolu”) adlı məqalə dünyanın nüfuzlu Scopus elmi bazasında indeksləşdirilib.
Məqalədə Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasında qeyri-neft sektorunun rolu, onun müasir aktual elmi məsələləri, bu sahədə həyata keçirilən tədbirlər, problemlər, onların həlli istiqamətləri və s. tədqiq olunmuşdur.
Qeyd edək ki, dosent Kamran Abdullayev dünyanın tanınmış “Elsevier” nəşriyyat evinin çap etdiyi, Scopus bazasında Q1 kvartili üzrə nəşrlərin siyahısına daxil olan Böyük Britaniyanın “Nəqliyyat tədqiqatlarının fənlərarası perspektivləri” (Transportation Research Interdisciplinary Perspectives) və “Qlobal iqtisadiyyat üzrə tədqiqatlar“ (Global Economics Research) jurnallarının rəsmi rəyçisidir.





