Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Xidmət sferasının iqtisadiyyatı şöbəsinin əməkdaşlarının “Azərbaycanda xidmət sferası” adlı kollektiv monoqrafiyası nəşr olunub. Kitabın müəllifləri iqtisad üzrə fəlsəfə doktoru (i.f.d.), dosent Pərviz Həsənov, i.f.d., dos. Kamran Abdullayev, i.f.d. Ülkər Məmmədova, i.f.d. Həsən Həsənov, i.f.d. Ədalət Əzizov, elmi işçilər - İlqar Sadıqov, Dilman Əsədov, Fəxrəddin Babazadə və Aynur Nəbizadədir.
İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı əsasında çap edilən kitabın elmi redaktoru i.e.d., professor Elşad Məmmədov, rəyçiləri i.e.d., dos. Yaşar Məmmədov, i.e.d., dos. Yunus Sadıqov və i.f.d., dos. Mahir Zeynalovdur.
Aparılan tədqiqatın əsas məqsədi xidmət sahələrinin rəqabətqabiliyyətli potensial imkanlarının qiymətləndirilməsi və onların davamlı inkişafını təmin edən əsasların müəyyən kiedilməsidir. Kollektiv monoqrafiyada irəli sürülmüş təklif və tövsiyələr Azərbaycanda xidmət sahələrinin fəaliyyət səviyyəsinin daha da yaxşılaşdırılmasına müsbət təsir göstərə biləcək əhəmiyyətli nəticələri özündə ehtiva edir.





