Əziz həmkarlar!
Novruz qapılarımızı döyür! Qoy bu qədim, nurlu-işıqlı, yaşıl Bayram evinizə xeyir-bərəkət və sevinc gətirsin! Birlik və bərabərliyimiz möhkəm, ailələrimiz və yaxınlarımız sağlam, dostlarımız sadiq olsun! Ehtiyacı olanlara kömək eləmək imkanında olaq!
Dünyanın bu təlatümlü vaxtlarında ölkəmiz həmrəylik, sülh və əmin-amanlıq içində inkişaf yoluna davam etsin! İnstitutumuz da irəliləməkdən qalmasın, aramsız olaraq yenilənsin, çoxlu “ilklərə” imza atsın!
Bayramlarınız mübarək olsun!
Nazim Müzəffərli (İmanov)





