Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı” şöbəsinin müdiri, i.e.d., professor Tərbiz Əliyevin və İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin elmi işçisi, i.f.d. Aytən Əbdürrəhmanovanın “Azərbaycanın mebel sənayesində sahibkarlıq fəaliyyətinin təşkili” adlı monoqrafiysı sahibkarlar tərəfindən maraqla qarşılanıb.
Mebel istehsalı ilə məşğul olan ”Gardashlar Mebel” şirkətindən İqtisadiyyat İnstitutuna bu mövzuda məktub daxil olub. Şirkətin təsisçisi Əli Mirzəyevin adından təqdim edilən məktubda bildirilir ki, “İqtisadiyyat İnstitutu tərəfindən hazırlanmış "Azərbaycanın mebel sənayesində sahibkarlıq fəaliyyətinin təşkili (monoqrafiya)" adlı nəşrdə "Gardashlar Mebel" şirkəti haqqında yer alan məlumatlarla tanış olduq. Qeyd olunan bölmədə şirkətimizin fəaliyyəti, bazardakı mövqeyi və inkişaf istiqamətləri ilə bağlı təqdim edilən məlumatların düzgün və reallığı əks etdirdiyini məmnuniyyətlə bildiririk. Xüsusilə, bazar təhlili və müqayisəli yanaşma peşəkar şəkildə təqdim olunmuşdur.
Bu kimi elmi araşdırmalarda biznes subyektlərinin fəaliyyətinə yer verilməsi təqdirəlayiqdir. Şirkətimizin fəaliyyətinin akademik müstəvidə araşdırılması bizim üçün xüsusi önəm daşıyır. Bu istiqamətdə göstərdiyiniz diqqət və obyektiv yanaşmaya görə Sizə və müəllif Tərbiz Əliyevə dərin təşəkkür edirik. Gələcək tədqiqatlar üçün zərurət yarandığı halda əlavə məlumat dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk. Əməkdaşlıq imkanlarını müsbət qiymətləndirir və davamlı elmi-praktiki əlaqələrin qurulmasını arzulayırıq”.





