Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun kitabxanasının müdiri, tarix üzrə fəlsəfə doktoru Şəfəq İslamovanın “Elmə və təhsilə informasiya təminatının təşkili” adlı monoqrafiyası çap olunub.
Kitabın elmi redaktoru professor Xəlil İsmayılov, rəyçiləri tarix üzrə fəlsəfə doktorları Pərviz Kazımi və Nigar İsmayılovadır.
Monoqrafiya cəmiyyətin formalaşmasında elmin və təhsilin roluna, həmçinin elmi və təhsil kitabxanalarında informasiya təminatının təşkili məsələlərinə həsr olunub. Müəllif elm, ali və orta təhsil müəssisələrinin kitabxanalarında, eləcə də dünya ölkələrinin təhsil sistemi kitabxanalarında oxuculara informasiya təminatı və idarə olunması problemlərini təhlil edir. Kitabda oxuculara elm və təhsil müəssisələrinin məlumat bazalarına və rəqəmsal arxivlərə çıxış imkanları, müxtəlif informasiya mənbələrinin əlçatanlığı və onların elmi-tədqiqat proseslərində rolu barədə ətraflı məlumat verilir. Nəşr elmi-tədqiqat işi aparan mütəxəssislər və müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün faydalı ola bilər.
Kitabın elektron variantı: "Elmə və təhsilə informasiya təminatının təşkili”





