Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş “Mədəni irsin qorunması və rəqəmsallaşdırılması: arxiv, muzey və kitabxana resurslarının inteqrasiyası” mövzusunda respublika elmi konfransı keçirilib.
Plenar iclasda BDU-nun Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova “Mədəni irsin mühafizəsi: arxiv, muzey və kitabxana resurslarının inteqrasiyası” mövzusunda məruzə edib. İki gün ərzində bölmə iclaslarında ümumilikdə 40-dan çox məruzə dinlənilib.
Konfransda ETN İqtisadiyyat İnstitutunun kitabxanasının müdiri, tarix üzrə fəlsəfə doktoru Şəfəq İslamova "Kitabxana işində rəqəmsallasma və müəllif hüquqları məsələləri" mövzusunda məruzə ilə çıxış edib, ona sertifikat təqdim olunub.





