Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., professor Rəsmiyyə Abdullayeva və həmin şöbənin elmi işçisi, gənc tədqiqatçı Mələk Əliyeva ABŞ-da Nova Science Publisher nəşriyyatında nəşr olunmuş “İnnovasiyalar və tibbi sığorta sənayesində çağırışlar” adlı kollektiv monoqrafiyanın həmmüəllifləridir. Onlar bu kitabda “Azərbaycanda icbari tibbi sığorta mexanizminin təkmilləşdirilməsi” adlı fəsli yazıblar.
Kitabın redaktorları Hindistanlı alim prof. Kiran Sood və Maltalı alim, prof. Siman Grimadır. Kitabın SCOPUS bazasında indeksləşməsi nəzərdə tutulur.





