Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., professor Rəsmiyyə Abdullayeva Naxçıvan Dövlət Universitetində “Beynəlxalq ticarət və menecment” kafedrasının təşkilatçılığı ilə keçirilən seminarda “Rəqəmsallaşma və əmək bazarının transformasiyası” mövzusunda onlayn formatda çıxış edib.
Seminarda “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, i.f.d., dos. Əşrəf Ələkbərov, “Beynəlxalq ticarət və menecment” kafedrasının müdiri, i.f.d., dos. Cavadxan Qasımov, həmin kafedranın dosenti, i.f.d. İradə Bağırova və həmin fakültənin tələbələri iştirak ediblər.
Sonra maraqlı müzakirələr aparılıb, suallar cavablandırılıb.





