Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutu ilə Türkiyənin İğdır Universiteti arasında onlayn formatda görüş keçirilib. Tədbirə hər iki qurumu təmsil edən bir qrup məsul əməkdaşlar, tədqiqatçılar qatılıblar.
Tədbiri giriş sözü ilə açan ETN İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmov təmsil etdiyi elmi müəssisənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. İğdır Universitetinin dekanı, professor Serkan Künü təmsil etdiyi Universitet barəsində danışıb. Digər iştirakçılar da qardaş ölkələrin bu elm və təhsil müəssisələri arasında qarşılıqlı faydalı və səmərəli əməkdaşlıq əlaqələrinin qurulması, inkişafı ilə bağlı öz mülahizələrini, təkliflərini səsləndiriblər.
Görüşdə ETN İqtisadiyyat İnstitutu ilə İğdır Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, xüsusən də birgə layihələrin həyata keçirilməsi, İnstitutların elmi jurnallarında məqalələrin nəşri, konfranslarda iştirak və s. kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb (economics.org.az).





