Mayın 8-də Bakı Biznes Universitetində “İqtisadi nəzəriyyə” kafedrasının, Şəhərsalma və Arxitektura Komitəsinin və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Qlobal şəhərsalma trendləri və regional perspektivlər” mövzusunda dəyirmi masa keçirilmişdir.
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dosent Nəsimi Əhmədov tədbirdə "Kreativ şəhərlər davamlı inkişafın və rəqabət üstünlüyünün əsası kimi" mövzusunda məruzə ilə çıxış etmişdir. Tədbirdə müasir şəhərsalma yanaşmaları, dayanıqlı urbanizasiya, “ağıllı şəhər” konsepsiyaları, alternativ enerji mənbələrinin şəhər infrastrukturuna inteqrasiyası və regional inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılmışdır.





