Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə 5-6 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Tədbirdə DTX-nin məsul əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbər, professor-müəllim heyətləri ilə yanaşı, təhlükəsizlik orqanlarının veteranları və akademiyanın kursantları iştirak edib. ETN İqtisadiyyat İnstitutunun əməkdaşlarının da qatıldığı konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Konfransın materialları kitab formatında çap olunub. Kitabda Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun əməkdaşları, aparıcı elmi işçilər - i.f.d., dosent Mahir Zeynalovun “İşğaldan azad edilmiş ərazilərdə sənaye sahələrinin inkişafı istiqamətləri” və i.f.d., dosent Jalə Əliyevanın “Azərbaycanın yaşayış yerlərində əhalinin sağlamlıq vəziyyətinin müqayisəli təhlili” adlı elmi məqalələri də yer alıb.
“Heydər Əliyev və Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası” konfrans materialları





