Mayın 15-də ETN İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclasında Azərbaycan Texnologiya Universitetinin doktorantı Həsənov Ramil İlham oğlunun 5308.01 - «Ümumi iqtisadiyyat» ixtisası üzrə, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yaşıl təchizat sisteminin idarə edilməsi: Gəncə alüminium kompleksi timsalında” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.
Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən iclasda iddiaçı R.Həsənov dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.org.az).





