15-17 may 2026-cı il tarixlərində Türkiyədə, Marmara Universiteti Siyasi Elmlər Fakültəsinin və Türk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, TİKA,YTB, Türk Akademiyası, Türk Dünyası Bələdiyyələr Birliyinin dəstəyi ilə “Türk dostluğu əsaslı əməkdaşlıq: Tarixdən gələcəyə beynəlxalq münasibətlərin perspektivləri” mövzusunda III beynəlxalq türk dünyası strateji araşdırmalar konqresi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun əməkdaşları - “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, i.e.d., professor Rəsmiyyə Abdullayeva “Türk dövlətlərinin dünyaya inteqrasiyası və dayanıqlı inkişaf: sosial sahibkarlıq modeli” və “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin müdiri, i.e.d. Allahyar Muradov “Türk dövlətlərinin inkişaf etmiş ölkələrlə iqtisadi əlaqələrinin innovativ inkişafa təsiri: çətinliklər və imkanlar” mövzularında məruzə ediblər.
Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Yaponiya, Almaniya, Hindistan, Cənubi Koreya, ABŞ, Kanada, İtaliya və digər ölkələrdən 100-ə yaxın elm adamı iştirak edib.





