Mayın 19-da ETN İqtisadiyyat İnstitutunda doktorant və dissertantların ixtisas fənləri üzrə doktorluq imtahanları keçirilir.
Baş direktorun müvafiq əmri əsasında yaradılmış imtahan komissiyaları tərəfindən şəffaflıq şəraitində, yazılı-şifahi formada baş tutan imtahanlarda “Ümumi iqtisadiyyat” və “Sahə iqtisadiyyatı” ixtisasları üzrə 6 nəfər iştirak edib. İmtahan komissiyalarının sədrləri - “Ümumi iqtisadiyyat” ixtisası üzrə prof. Tərbiz Əliyev, “Sahə iqtisadiyyatı” ixtisası üzrə prof. Rəna Sultanovadır.
İqtisadiyyat İnstitutunun icraçı direktoru, dosent Famil Rüstəmovun, Təhsil şöbəsinin müdiri Ellada Xankişiyevanın da iştirak etdiyi imtahanların nəticələri ixtisaslar üzrə komissiyaların qiymətləndirməsi əsasında həyata keçirilib (economics.org.az).





