ETN İqtisadiyyat İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s saylı Sərəncamı ilə təsdiq edilmiş “2026-cı il üçün doktorant hazırlığı üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara qəbul”a əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu elan edir.
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada https://portal.edu.az saytından həyata keçiriləcəkdir.
Müraciətlərin göndərilməsi 19.05.2026-cı tarixindən 3 həftə müddətində həyata keçirilir. Sənəd qəbulu üçün son tarix: 9 iyun 2026-cı il.
Sənəd qəbulu prosesində doktoranturaya qəbul olmaq istəyən şəxs elmi müəssisəyə gəlməli, nəzərdə tutulan elmi rəhbərlə müsahibə keçməlidir. Elmi rəhbərin müsbət rəyi olmadan sənəd qəbulu tamamlanmır.
“Xarici dil” imtahanı 25.06.2026-cı il tarixində keçiriləcəkdir.
“Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənni üzrə imtahanı 1-3 sentyabr 2026-cı il tarixlərində keçiriləcəkdir.
“Fəlsəfə” fənnindən “məqbul” alan şəxslərin ixtisas imtahanlarında iştirakı təmin olunur. İxtisas imtahanları 8–10 sentyabr 2026-cı il tarixlərində keçiriləcəkdir.
Əlavə məlumat üçün İqtisadiyyat İnstitutunun “Təhsil” şöbəsinə müraciət etmək olar. Əlaqə nömrəsi: (+994 12) 510 37 92, 537 22 78 (daxili 142)
E-mail: ellada.khankishiyeva10@economics.edu.az
2026-cı İL ÜÇÜN DOKTORANTURAYA QƏBUL ÜZRƏ PLAN YERLƏRİ
|
İxtisasın şifri |
Elm sahələri və ixtisaslar |
Fəlsəfə doktoru proqramı üzrə |
Ödənişli əsaslarla hazırlıq üzrə illik haqlarının məbləği |
|||||||
|
Doktorantura |
||||||||||
|
Cəmi |
o cümlədən |
|
||||||||
|
büdcə hesabına |
Ödənişli əsaslarla |
|
||||||||
|
əyani |
qiyabi |
əyani |
qiyabi |
|
||||||
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
|
||
|
5301.01 |
Daxili fiskal siyasət və dövlət maliyyəsi |
3 |
1 |
1 |
1 |
|
2000 |
|
||
|
5306.01 |
Texnoloji innovasiyalar iqtisadiyyatı |
4 |
2 |
|
2 |
|
2000 |
|
||
|
5307.01 |
İqtisadi nəzəriyyə |
3 |
1 |
|
2 |
|
2000 |
|
||
|
5308.01 |
Ümumi iqtisadiyyat |
3 |
1 |
1 |
1 |
|
2000 |
|
||
|
5309.01 |
Sənayenin təşkili və dövlət siyasəti |
3 |
1 |
|
2 |
|
2000 |
|
||
|
5310.01 |
Dünya iqtisadiyyatı |
4 |
2 |
|
2 |
|
2000 |
|
||
|
5312.01 |
Sahə iqtisadiyyatı |
5 |
2 |
1 |
2 |
|
2000 |
|
||
|
Cəmi: |
25 |
10 |
3 |
12 |
|
|
|
|||





