Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının (HT) martın 5-də keçirilmiş hesabat-seçki yığıncağında seçilmiş Komitə üzvlərinin iştirakı ilə yeni tərkibdə ilk iclası keçirilib.
Həmkarlar Təşkilatının sədri, dos. Pərviz Həsənovun sədrliyi ilə baş tutan iclasda təşkilati məsələlər, o cümlədən HT-nın gələcək əsas fəaliyyət istiqamətləri geniş müzakirə olunub. İclasda dos. Mahir Zeynalov və i.f.d. Kərim Piriyev HT sədrinin müavinləri, i.f.d. Gülnarə Fətəliyeva və Vəfa Həşimova katib seçiliblər.
Toplantıda HT-nın fəaliyyəti ilə bağlı müzakirələr zamanı təklif və iradlar səsləndirilib, növbəti iclasa qədər onların nəzərə alınması tövsiyə olunub (economics.org.az).





