Aprelin 25-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatı (HT) Komitəsinin təşkilatçılığı ilə iqlim dəyişikliklərinin əməyin mühafizəsi və sağlamlığa təsiri, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə problemlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Həmkarlar Təşkilatının sədri Pərviz Həsənov bildirib ki, hər il aprelin 28-də Beynəlxalq Əmək Təşkilatı (BƏT) əməyin mühafizəsi və sağlamlıqla bağlı müxtəlif mövzulara diqqət yetirərək Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd edir. BƏT 2024-cü ildə həmin günü "İqlim dəyişikliklərinin əməyin mühafizəsi və sağlamlığa təsiri” devizi ilə qeyd etməyi tövsiyə etmişdir. İqlim dəyişikliy iş dünyasına, xüsusilə sağlam və təhlükəsiz əmək şəraitinə əhəmiyyətli şəkildə təsir göstərir. İqlim dəyişikliyi ilə daha da güclənən peşə risklərinə misal olaraq istilik stressi, ultrabənövşəyi şüalanma, havanın çırklənməsi, böyük sənaye qəzaları, ekstremal hava hadisələri, vektor xəstəliklərinin artması və kimyəvi maddələrə məruz qalmalar daxildir. Yuxarıdakıları nəzərə alaraq, sahə tarif sazışlərində və kollektiv müqavilələrdə ətraf mühitin mühafizəsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə ictimai nəzarətin gücləndirilməsi, müəssisə və təşkilatlarda sosial tərəfdaşların və işəgötürənlərin iştirakı ilə maaritləndirici tədbirlər həyata keçirilir (economics.org.az).





